431
09:12
28 Fevral 2020

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı oldu

Türkiyə Müdafiə naziri Hulusi Akar Pentaqon rəhbəri Mark Esperlə telefonla danışıb.

APA-nın yerli bürosunun xəbərinə görə, tərəflər İdlib mövzusunda müzakirələr aparıblar.

Rəsmi Pentaqonun yaydığı açıqlamada İdlibdə Türkiyə ilə birgə fəaliyyətin detallarının müzakirə edildiyi vurğulanıb.

Hazırda Hulusi Akarın İdlibdə olduğu bildirilir.