Nikahsız yaşayanlar uşaq övladlığa götürə bilməyəcəklər
27 fevral 2020 18:19 (UTC +04:00)

Nikahsız yaşayanlar uşaq övladlığa götürə bilməyəcəklər

Övladlığagötürmənin hansı hallarda yol verilmədiyi açıqlanıb.

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında bildirilib ki, Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda valideyn-namizəd tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinə yol verilmir.

Ailə Məcəlləsinin 120.2-ci maddəsinə uyğun olaraq siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizədin övladlığa uşaq götürməsinə yol verilmir. Eyni zamanda aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə də icazə verilmir.

Ailə Məcəlləsinin 120.4-cü maddəsinə əsasən, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir.

# 724
avatar

Oxşar yazılar