Bakıdakı elektrik enerjisi problemi aradan qaldırıldı - RƏSMİ
27 fevral 2020 17:49 (UTC +04:00)

Bakıdakı elektrik enerjisi problemi aradan qaldırıldı - RƏSMİ

 

Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xəttə baş verən qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Lent.az  "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayevin verdiyi açıqlamasına istinadən xəbər verir ki, əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.

# 1628
avatar

Oxşar yazılar