Prezident Administrasiyasında Pənah Hüseynlə görüş keçirilib
27 fevral 2020 16:51 (UTC +04:00)

Prezident Administrasiyasında Pənah Hüseynlə görüş keçirilib

Prezident Administrasiyasında bir neçə siyasi partiyanın rəhbəri ilə görüş keçirilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib.

“Bu gün Prezident Administrasiyasının binasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və digər məsələlərlə əlaqədar əvvəllər etdiyimiz müraciətlə bağı görüşüm olub”, - o qeyd edib.

# 1988
avatar

Oxşar yazılar