Salyan sakini keçmiş həyat yoldaşını qətlə yetirib
27 fevral 2020 09:16 (UTC +04:00)

Salyan sakini keçmiş həyat yoldaşını qətlə yetirib

Salyan sakini keçmiş həyat yoldaşını qətlə yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında baş verib.

Salyan sakini, 1962-ci il təvəllüdlü Ələkbər Fərhad oğlu Hüseynov keçmiş həyat yoldaşı, 1970-ci il təvəllüdlü Mirqubət Əlfağa qızı Hüseynovanı bıçaqla qətlə yetirib. Daha sonra o, Əliağa Kürçaylı ünvanında yerləşən yaşadığı evi qəsdən yandırıb.   

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb.

Qadının meyiti yanan evdən oğlu tərəfindən çıxarılıb. Hadisəyə mənzil bölgüsü ilə bağlı münaqişə səbəb olub. 

Hadisəni törədən Ə. Hüseynov həbs olunub.

Faktla bağllı Salyan prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

# 758
avatar

Oxşar yazılar