Azərbaycanda DƏHŞƏTLİ QƏTL: arvadını, qaynını, qayınanasını güllələdi - YENİLƏNİB
26 fevral 2020 19:38 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: arvadını, qaynını, qayınanasını güllələdi - YENİLƏNİB

Masallıda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən hadisənin yeni təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Ailə yaxınları bildiriblər ki, Sarvan Ağayev Alimə Nəbiyevaya ondan boşanacağı təqdirdə onu öldürəcəyi ilə bağlı dəfələrlə hədə-qorxu gəlib. Bir müddət əvvəl A.Nəbiyeva boşanmaqla bağlı məhkəməyə müraciət edib. Dünən isə tərəflər cehiz əşyalarını aparmaq üçün razılığa gəliblər. Gəlinin ailə üzvləri bu gün evdən əşyaları çıxaran zaman qanlı hadisə baş verib. 

Masallı Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi Ariz Eldaroğlu bildirib ki, yaralılardan biri - Zemfira Nəbiyeva sol said nahiyəsini və döş qəfəsini dərib keçməyən güllə yarası, sol ayağının pəncə nahiyəsinin daraq sümüklərinin 4-nün sınığı, güllə yaralanması ilə xəstəxanaya müraciət edib.

Digər yaralı Sarvan Ağayev isə ağız boşluğundan güllə yarası alıb: "O, üz nahiyəsinin, burunun, ağızın yumşaq toxumalarının çoxsaylı əzilməsi, yaralanması ilə xəstəxanaya daxil olub. Xəstəxanada operativ tədbirlər görülüb. Xəstələrin hər ikisinə dərhal cərrahiyyə müdaxilə olunub. Hər ikisinin vəziyyəti ağır qiymətləndirilir".

Faktla bağlı araşdırma aparılır.

***

17:31

Masallıda baş verən qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az cenub.az-a istinadən xəbər verir ki, Sarvan Ağayevlə güllələdiyi həyat yoldaşı arasında onlar hələ evlənməmişdən əvvəl xoşagəlməz hadisə baş verib. Bu səbəbdən də Sarvan həmin əməlinə görə 5 il azadlıqdan mərhum edilib.

Ailədə ciddi narazılıq olduğu üçün yaxınlarda məhkəmə qaydasında boşanıblar. Sarvanla Aliməgil qonşu olublar. Qız evi Sarvangildən cehizləri aparmağa gələndə ciddi söz-söhbət yaranıb və bundan sonra Sarvan onlara atəş açıb.

***

Saat 16:57

Masallıda güllələnmə hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Sarvan Azərxan oğlu Ağayev ov tüfəngi ilə həyat yoldaşı - 21 yaşlı Alimə Əli qızı Nəbiyevaya, qaynı - 25 yaşlı Miralim Əli oğlu Nəbiyevə və qayınanasına silahdan atəş açıb. O, daha sonra  silahla özünə xəsarət yetirib. Nəticədə həyat yoldaşı və qaynı aldıqları xəsarətdən hadisə yerində ölüblər. Ər özü və qayınanası Zemfira Ələsgər qızı Nəbiyeva isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisə ailə münaqişəsi zəminində baş verib. 

Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirib və müvafiq araşdırmalara başlanılıb.

Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi başlanıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Qeyd edək ki, hadisə barədə ilk xəbəri "baku.ws" saytı yayıb.

# 4081
avatar

Mehman Nəbiyev

Oxşar yazılar