“İnter”in Obameyanq arzusu: danışıqlar başlandı
26 fevral 2020 11:52 (UTC +04:00)

“İnter”in Obameyanq arzusu: danışıqlar başlandı

 

İtaliyanın “İnter” klubu yayda heyətini bir qədər də gücləndirmək niyyətindədir.

Lent.az-ın məlumatına görə, “neradzurra” hücum xəttinə yeni oyunçu cəlb etməyi planlaşdırır.

A Seriyasında çempionluq uğrunda mübarizə aparan “İnter” “Arsenal”ın forvardı Pyer-Emerik Obameyanqa göz dikib. İtalyanlar indidən qabonlu futbolçu ilə danışıqlara start veriblər. “İnter”in baş məşqçisi Antonio Konte Obameyanqın oyununu çox bəyənir və onu nəyin bahasına olur-olsun, komandasında görmək arzusundadır. Təcrübəli futbolçunun “Arsenal”la müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, 30 yaşlı hücumçu “Arsenal”a 2018-ci ildə Dortmund “Borussiya”sından keçib. O, “topçular”ın heyətində bu vaxtadək 95 oyunda 60 qola imza atıb.

# 1496
avatar

Rizvan Babayev

Oxşar yazılar