Azərbaycanda yeniyetmə qız qazdan zəhərləndi
26 fevral 2020 10:11 (UTC +04:00)

Azərbaycanda yeniyetmə qız qazdan zəhərləndi

Qəbələ rayonunda dəm qazından zəhərlənmə olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ şəhər sakini, 2005-ci il təvəllüdlü Yusifova Aytəkin Surxay qızı yaşadığı evdə kustar üsulla quraşdırılan qızdırıcının içəri buraxdığı dəm qazından zəhərlənib.

O, təcili olaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.   

# 970
avatar

Oxşar yazılar