İtaliyada koronavirusdan ümumilikdə 10 nəfər ölüb
26 fevral 2020 06:50 (UTC +04:00)

İtaliyada koronavirusdan ümumilikdə 10 nəfər ölüb


 

İtaliyada koronavirus qurbanlarının sayı 10-a, youxanların  sayı isə 322 nəfərə çatdı. 

APA TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı İtaliya Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.

Onun sözlərinə görə, son saatlarda ölən üç nəfər 80 yaşdan yuxarı insanlardır: “Yoluxanların əksəriyyəti – 240 nəfəri Lombardiyada qalır”. 

Departament rəhbəri qeyd edib ki, Siciliyada bu xəstəliyə yoluxanların sayı üç nəfərə yüksəlib. 

 

# 898
avatar

Oxşar yazılar