İsgəndər Həmidov dəfn edildi  - YENİLƏNİB - FOTOLENT
26 fevral 2020 12:41 (UTC +04:00)

İsgəndər Həmidov dəfn edildi - YENİLƏNİB - FOTOLENT

İsgəndər Həmidov dəfn edilib.

Lent.az xəbər verir ki, hazırda keçmiş Daxili İşləri nazirinin dəfn mərasimi davam edir. Mərhum Sulutəpə qəsəbəsində həyat yoldaşının yanında dəfn edilib.

 

11:31

 

Sabiq Daxili İşlər naziri İsgəndər Həmidovla vida mərasimi keçirilir.

 

 

Lent.az xəbər verir ki, vida mərasimi hazırda Göy Məsciddə baş tutur. Bir sıra partiya sədrləri, qazilər, keçmiş batolyon komandirləri sabiq naziri son mənzilə yola salmaq üçün mərasimə qatılıblar.

11:03

 

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu gün günorta saatlarında dəfn ediləcək.

Bu barədə mərhumun qardaşı oğlu Şəhriyar Məcidzadə Lent.az-a məlumat verib. Onun sözlərinə görə, keçmiş daxili işlər naziri ilə vida mərasimi saat 11:00-da Göy Məsciddə baş tutacaq. 

O, Sulutəpədə qəsəbəsində yerləşən qəbiristanlıqda, həyat yoldaşının yanında dəfn ediləcək.

***

07:43

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat edib. 

Bu barədə APA-ya Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. 

Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan “Bakı City Hospital”a köçürülmüşdü.

Xatırladaq ki, İ.Həmidov 1948-ci ilin oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycanın Daxili İşlər naziri vəzifəsində çalışıb. 

 

# 18944
avatar

Mehman Nəbiyev

Oxşar yazılar