İsa Qəmbərin namizəd olduğu dairədə 10 məntəqənin nəticələri ləğv edildi
25 fevral 2020 19:09 (UTC +04:00)

İsa Qəmbərin namizəd olduğu dairədə 10 məntəqənin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 19 saylı Nərimanov Birinci Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Şəmsəddin Allahverdiyev, İsa Qəmbər və digər 7 namizədin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, müraciətlər eyni məzmunlu olduğundan bir icraatda birləşdirilir:

“Elektron məlumat daşıyıcılarında olan görüntülərin yoxlanılması nəticəsində 4, 13, 19, 21, 22, 29, 30,  34 saylı seçki məntəqələrində səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi aşkarlanıb. Təqdim edilən protokolların araşdırılması zamanı isə 1 və 2 saylı seçki məntəqələrindən təqdim edilən protokollar arasında fərqlər aşkarlanıb. Təklif edirəm ki, bu seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilsin”.         

MSK müraciəti müzakirəyə çıxarıb və 10 seçki məntəqəsi (1, 2, 4, 13, 19, 21, 22, 29, 30, 34 saylı seçki məntəqəsi) üzrə səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.

# 1203
avatar

Oxşar yazılar