Sürpriz edəcəm deyib... 22 yaşlı qızdan AĞLASIĞMAZ cinayət
25 fevral 2020 19:54 (UTC +04:00)

Sürpriz edəcəm deyib... 22 yaşlı qızdan AĞLASIĞMAZ cinayət

Evlənmək istməyən 22 yaşlı qız nişanlısını qətlə yetirib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Eskişəhərin Aşağıçağlan məhəlləsində qeydə alınıb.  22 yaşlı Zəhra.A. evlənmək istəmədiyi nişanlısı Əmrah Öztürkə meşədə bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.

Məlumata görə, nişanlısına meşədə sürpriz edəcəyini bildirərək gözlərini bağlamasını istəyib. Əvvəlcə qarnına, yerə yıxılana qədər isə digər nahiyələrindən bıçaqla zərbələr vurub. Nişanlısının ölmədiyini görən Zəhra.A. bundan sonra onun boğazını kəsib.

İfadəsi alındıqdan sonra cəzaçəkmə müəssisəsinə göndərilən gənc qızın əvvəlki nişanlısını da bıçaqladığı bildirilir.

# 2496
avatar

Mehman Nəbiyev

Oxşar yazılar