“Liverpul” ona görə 30 milyon avro xərcləməyə hazırdır
25 fevral 2020 17:07 (UTC +04:00)

“Liverpul” ona görə 30 milyon avro xərcləməyə hazırdır

 

“Leypsiq” klubunun futbolçusu Timo Verner karyerasını İngiltərədə davam etdirə bilər. 

Lent.az-ın məlumatına görə, “Liverpul” 24 yaşlı futbolçu ilə yaxından maraqlanır.

“Mersisaydlılar”ın baş məşqçisi Yurgen Klopp rəhbərliklə söhətində həmyerlinin alınmasını istəyib. Hərəkətə keçən Premyer Liqa təmsilçisi mövsümün sonunda Verneri transfer etməkdə israrlıdır. Bu keçid “qırmızılar”a 30 milyon avroya başa gələ bilər. Çünki Timonun klubu ilə müqaviləsində transfer dəyəri məhz bu qədər göstərilib. 

Qeyd edək ki, Timo Vernerin “Leypsiq”lə qüvvədə olan sözləşməsinin müddəti 2023-cü ilin iyununa qədərdir.

# 1604
avatar

Rizvan Babayev

Oxşar yazılar