Külli miqdarda valyutanı Azərbaycandan çıxa bilmədi
25 fevral 2020 18:16 (UTC +04:00)

Külli miqdarda valyutanı Azərbaycandan çıxa bilmədi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Gəncə-Moskva aviareysi ilə gedən vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib. O, bu barədə şifahi, yazılı, elektron formada bəyan etməyib.

Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı baqajın içərisindəki karton qutuda olan 2 milyon rus rublu (təxminən 74 min manat) aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

# 1077
avatar

Mehman Nəbiyev

Oxşar yazılar