16:22
25 Fevral 2020

AFFA dava salan futbolçuları 6 oyunluq cəzalandırıb

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında U-15 Liqasında keçirilən “Qarabağ”- “Sabah” matçındakı xoşagəlməz olaylar müzakirə olunub.

Apasport.az saytının məlumatına görə, komitə qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.

Final fitindən sonra “Qarabağ”ın oyunçusu İbrahim Hacı və “Sabah”ın üzvü Əmirxan Qurbanov arasında dava düşüb. Daha sonra bu, futbolçular arasında kütləvi hal alıb və “Qarabağ”dan Ramin Vəliyev, Nihad Abbasov, “Sabah”dan isə Hüseyn Yusubov, Ramiz Bağırov və Rüfət Tahirov iştirak ediblər. Bu səbəbdən adları qeyd edilən futbolçuların hər biri 6 oyunluq cəzalandırılıb.

Ev görüşdə təhlükəsizliyi təmin etmədiyi və azarkeşlərin də kütləvi dava-dalaşda iştirak etməsi səbəbindən “Qarabağ”a 1 oyunu azarkeşsiz keçirmək cəzası verilib. Həmçinin məsələ ilə bağlı kluba ciddi xəbərdarlıq olunub. Növbəti dəfə belə hal baş verəcəyi təqdirdə, daha ciddi sanksiyalar tətbiq ediləcək.

Dİgər xəbərlər