12:29
25 Fevral 2020

PSJ “Borussiya” ilə oyuna 2 itki ilə çıxacaq

PSJ klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Borussiya” ilə keçiriləcək cavab oyunundan əvvəl itki ilə üzləşib.

Lent.az -ın məlumatına görə, ilk görüşdə 1:2 hesabı ilə uduzan parislilər Dortmund təmsilçisi ilə ikinci görüşdə 2 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Söhbət mərkəz müdafiəçisi Tiaqo Silva və yarımmüdafiəçi Ander Erreradan gedir. Braziliyalı futbolçu “Bordo” ilə çempionat görüşündə (4:3) sağ budundan zədələnib və bu səbəbdən təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Erreranın zədəsi ilə daha ciddidir. Onun 6-8 həftə ərzində PSJ-yə kömək etməyəcəyi bildirilir.

Qeyd edək ki, PSJ - “Borussiya” görüşü martın 11-də keçiriləcək.

Dİgər xəbərlər