Keçmiş məhkum yenə oğurluğa görə tutuldu
25 fevral 2020 19:05 (UTC +04:00)

Keçmiş məhkum yenə oğurluğa görə tutuldu

Qubada mağazalardan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda mağazalardan oğurluqlar etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə altı il həbs olunmuş Aydın Məhərrəmov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayəti etiraf edərək, dəfələrlə mağazalardan oğurluqlar etdiyini bildirib. 

Saxlanılan şəxs məsuliyyətə cəlb olunub. Onun digər cinayət hadisələrinin iştirakçısı olub-olmaması araşdırılır.    

# 769
avatar

Oxşar yazılar