Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi AÇIQLANDI
25 fevral 2020 11:00 (UTC +04:00)

Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi AÇIQLANDI

“Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığımız gündən–günə inkişaf edir”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfərindən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətləri hər sahədə güclənəcək.

Türkiyə Prezidenti qeyd edib ki, Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 11 milyard ABŞ dolları təşkil edir: “Bu il sonunda Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın 20 milyard dollara yaxınlaşacağını proqnozlaşdırırıq”.

# 849
avatar

Oxşar yazılar