18 yaşlı oğlana 3 bıçaq zərbəsi vurub qaçdılar
25 fevral 2020 09:16 (UTC +04:00)

18 yaşlı oğlana 3 bıçaq zərbəsi vurub qaçdılar

Abşeronda bıçaqlanma hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə Xırdalan şəhəri, 20-ci məhəllə adlanan yerdə qeydə alınıb.

Şəhər sakini, 2002-ci il təvəllüdlü  Nuriyev Nurlan Nəsimi oğluna naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub. 18 yaşlı oğlan xəstəxanaya çatdırılıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

# 751
avatar

Oxşar yazılar