07:25
25 Fevral 2020

Harvi Vaynşteyn Nyu-York məhkəməsində iki ittiham üzrə təqsirli bilinib

Nyu-York məhkəməsi Hollivud prodüseri Harvi Vaynşteyni irəli sürülən ittihamların beş bəndindən ikisində - təcavüz və cinsi zorakılıqda təqsirli bilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, məhkəmə 2013-cü ildə bir qadına qarşı təcavüz və 2016-cı ildə baş bir qadına qarşı cinsi zorakılıq iddialarına baxıb. Prodüserə qarşı Kaliforniyada da məhkəmə iddiası qaldırılıb.

Bu ittihamlar əsasında onu 5 ildən 25 ilədək həbs gözləyir. Prodüserin vəkilləri isə məhkəmənin qərarı ilə razılaşmır və onlar məhkəmə qarşısında vəsatət qaldıracaqlar.

Qeyd edək ki, bir çox məşhurlar onu cinsi zorakılıqda ittiham etməyə başladığı zamandan bəri Harvi Vaynşteyn ətrafında qalmaqal səngimir. Prodüserin əməlindən zərər çəkmiş şəxslər 30-dan çox aktrisa və iş yoldaşları olub. Qalmaqal böyüdükdən sonra Vaynşteyn öz şirkətindən də qovulub.

Dİgər xəbərlər