Koronavirus şübhəsi ilə 2 nəfər xəstəxanaya yerləşdirilib - NAZİRLİK
24 fevral 2020 16:26 (UTC +04:00)

Koronavirus şübhəsi ilə 2 nəfər xəstəxanaya yerləşdirilib - NAZİRLİK

Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, fevralın 24-ü yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Lent.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumata görə, onlar 1995 və 1998-ci il təvəllüdlü İran vətəndaşlarıdır. 

Qeyd edilib ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub. Yolxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.

# 4785
avatar

Aygün İbrahimli

Oxşar yazılar