İranda koronavirusdan 50 nəfərin ölməsi xəbəri yalandı - RƏSMİ
24 fevral 2020 14:49 (UTC +04:00)

İranda koronavirusdan 50 nəfərin ölməsi xəbəri yalandı - RƏSMİ

"Qum şəhərində 50 nəfərin koronavirdan ölməsi ilə bağlı yayılan xəbəri təkzib edirik". 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib: "Qum şəhərində ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dördə biri qədər olarsa, vəzifəmdən istefa verəcəm". 

O qeyd edib ki, koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb: "Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir".

Ölən şəxslər Ümumdünya Səhiyyə Təşkilatının protokoluna uyğun dəfn olunacaqlar.

# 1440
avatar

Oxşar yazılar