603
13:31
21 Fevral 2020

Avtomobil qaçıran dəstə tutuldu

Bakının Xətai rayonunda avtomobil qaçırılıb.

DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, fevralın 20-də Bakı şəhər sakini R.Məmmədovaya məxsus “KİA” markalı avtomobil G.Şıxlinski küçəsindən qaçırılıb. Faktla bağlı zərərçəkmişin özü Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Digər avtomobil qaçırılma hadisəsi Nəsimi rayonunda baş verib.

Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Quliyev yanvarın 30-da yaşadığı evin qarşısından “BMW” markalı avtomobilinin mühafizəçi tərəfindən qaçırılaraq R.Behbudov küçəsində pilləkənlərə vurulmasını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Növbəti oxşar hadisə Mingəçevir şəhərində qeydə alınıb.

Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Əfəndiyev fevralın 18-də “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil şəhər ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir sakinləri A.Abdullayev, A.Əhmədov və H.Alıyev saxlanılıblar.