662
19:15
21 Fevral 2020

Marketdə mühafizəçini bıçaqlayan saxlanıldı

Fevralın 15-də Nəsimi rayonu, Ə. Hüseynov küçəsində yerləşən marketdən qida oğurlayan naməlum şəxs market mühafizəçisinə xəsarət yetirərək hadisə yerindən qaçıb.

Lent.az -ıın məlumatına görə, həmin şəxs fevralın 19-da eyni marketə gələrək əməkdaşlara bıçaqla hədə-qorxu gəlib və quldurluq törədib.

Nəsimi rayon Polis İdarəsi 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməli törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 29 yaşlı Tural Cabbarov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.