Tovuzda minik maşını aşıb sürücü xəsarət alıb - FOTO
20 fevral 2020 21:55 (UTC +04:00)

Tovuzda minik maşını aşıb sürücü xəsarət alıb - FOTO

 

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndi yaxınlığında qeydə alınıb.

1989-cu il təvəllüdlü Mehrəliyev Emin Əziz oğlu idarə etdiyi "VAZ 2106" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1345

Oxşar yazılar