Neftçala İcra Hakimiyyətində əməliyyatla bağlı məlumat - RƏSMİ
20 fevral 2020 15:06 (UTC +04:00)

Neftçala İcra Hakimiyyətində əməliyyatla bağlı məlumat - RƏSMİ

Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətindən Lent.az-a bildirilib ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək. 

# 2098
avatar

Mehman Nəbiyev

Oxşar yazılar