“Çelsi”nin futbolçusu nə vaxt qayıdacaq?
20 fevral 2020 15:01 (UTC +04:00)

“Çelsi”nin futbolçusu nə vaxt qayıdacaq?

 

“Çelsi” klubunun aparıcı futbolçularından biri sıradan çıxıb. 

Lent.az-ın məlumatına görə, söhbət fransalı yarımmüdafiəçi Nqolo Kantedən gedir. 

Premyer Liqanın 26-cı turunda “Mançester Yunayted”lə oyunda zədələnən Kante tibbi müayinədən keçib. Məlum olub ki, təcrübəli futbolçu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq. 

Qeyd edək ki, 2016-cı ildən “Çelsi”nin formasını geyinən Kante İngiltərə çempionatının cari mövsümündə 17 oyunda meydana çıxıb və 3 qola imza atıb.

# 2211
avatar

Rizvan Babayev

Oxşar yazılar