1497
12:04
20 Fevral 2020

Bakıda boğazında ət qalan azyaşlı öldü

Bakıda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 7 yaşlı Rəhimova Şəhanə Taryel qızının boğazında ət tikəsi qalıb. Nəfəs yolları tutulan azyaşlı yaşadığı evdə ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.