Bakı metrosunda DƏHŞƏTLİ SIXLIQ: səbəb açıqlandı
20 fevral 2020 10:55 (UTC +04:00)

Bakı metrosunda DƏHŞƏTLİ SIXLIQ: səbəb açıqlandı

Bu səhər Bakı metrosunda qatarlar arasında 10 dəqiqəyə yaxın interval olub.

Lent.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, yaranan intervala sərnişin sıxlığı səbəb olub:

“Bəzi stansiyalarda interval 3, 5, hətta 8 dəqiqəyə də çatıb. "Koroğlu", "Nəriman Nərimanov", "Elmlər Akademiyası"nda bu göstərici daha çox olub. Mənə gələn zənglər əsasında da deyə bilərəm ki, bunu sərnişinlərin böyük əksəri də görüb. Qatarlarda hər hansısa problem yoxdur. Təşviş olmasın deyə sıxlıq olanda, özümüz də çalışırıq ki, ictimaiyyətin xəbəri olsun. Təcrübəmə əsasən, deyə bilərəm ki, tədris mövsümü başlayanda, yaxud tətil-sessiya dövrlərində yaranan seyrəlmədən sonra bir müddət belə hallar müşahidə olunur. Necə deyərlər, uyğunlaşma prosesi gedir. Sonra hər şey yavaş-yavaş qaydasına düşür”.

# 28366
avatar

Mehman Nəbiyev

Oxşar yazılar