601
16:57
19 Fevral 2020

Bakıda narkotikdən zəhərlənən kişi öldü

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 42 yaşlı Əliyev Natiq Vasif oğlunun meyiti yaşadığı evdən tapılıb.

Meyitin ilkin müayinəsi zamanı onun qəbul etdiyi narkotikdən zəhərələnərək öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.