İradə İbrahimova özündən çıxdı: "Qorxdun, qaçdın, sildin"
19 fevral 2020 09:02 (UTC +04:00)

İradə İbrahimova özündən çıxdı: "Qorxdun, qaçdın, sildin"

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova bir neçə gün öncə təqdim etdiyi “Qızım” adlı mahnısının plagiyat olması iddialarına cavab verib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə status yazıb.

 "Həddini bilməyib fikir yazanlar çox olacaq. Saxta profillər açıb, bunu özlərinə vəzifə görüb, ürək bulandırmaq üçün səhifələrə dadananlar... Hamısını "qara siyahı"ya atıb, cavab verməyəcəm. Sözə hörmətimə görə... Mən sizinlə eyni yolda deyiləm. "Qorxdun, qaçdın, sildin" kimi hədələrinizlə maraqlanmıram. Sizə həddinizi bildirmək həddim deyil. Allaha yaxın, mənə uzaq olun. Məndən sizə mövzu çıxmaz.

Kaş ağzınızdan çıxan cümlələrin, beyninizdəki düşüncələrin kainatı dolaşıb sizə qayıdacağının fərqinə varsanız. Bu həyatda bilmədiyim çox şey var. Amma tək bildiyim odur ki, bir insanın ürəyi gözəldirsə, sözü də, yolu da, sonu da gözəl olur.

Çalışqan, istedadlı insanların ruhu heç bir para-pulla alınmaz. Pul, insanlar iş görə bilsinlər və həyatlarına davam etməkləri üçün bir vasitədir. Amma pulun insanlarda birlik yaratmağa gücü çatmaz. Diqqət çəkən, uğur qazanan bütün işlər, tək bir insanla deyil, bir neçə insanın birləşməyi nəticəsində ərsəyə gəlir. Birlik hər zaman rəqabətdən daha qüvvətlidir".

# 5529
avatar

Yalçın UĞUR

Oxşar yazılar