Türkiyənin Manisa vilayətində 5,2 bal gücündə zəlzələ olub
18 fevral 2020 20:54 (UTC +04:00)

Türkiyənin Manisa vilayətində 5,2 bal gücündə zəlzələ olub

 

Türkiyənin Manisa vilayətinin Qırxağac rayonunda yenidən zəlzələ baş verib.

APA-nın yerli bürosunun Türkiyə Təbii Flakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadla verdiyi xəbərə görə, yeraltı təkan yerli vaxtla saat 19:09-da 5,2 bal gücündə meydana gəlib.

Zəlzələ ətraf ərazilərdə hiss edilib. Dağıntı və itkilər haqqında hələlik məlumat yoxdur.

# 1616
avatar

Oxşar yazılar