MSK sədri komissiyanın fəaliyyətinə mane olanları qınadı
18 fevral 2020 17:28 (UTC +04:00)

MSK sədri komissiyanın fəaliyyətinə mane olanları qınadı


“MSK fəaliyyətində hansısa maraq güdmür”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, görüntülərin sosial şəbəkələrdə yayılması maraqlarında olmasaydı, buna imkan verməzdilər: “Seçki Məcəlləsində bu yoxdur. Bu və ya digər formada müşahidəçilər və KİV nümayəndələri öz səlahiyyətlərini aşıb, komissiyanın fəaliyyətinə mane olublar. Amma biz yenə də zəng edib deməmişik ki, həmin müşahidəçiləri, jurnalistləri oradan çıxarın”.

# 1370
avatar

Oxşar yazılar