16:38
18 Fevral 2020

Bu dairədə seçkinin nəticələri ləğv olunmadı - QƏRAR

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə namizəd Zeyqam Hüseynovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, əvvəlcə Z. Hüseynovun müraciəti baxılması üçün müvafiq olaraq dairə seçki komissiyasına göndərilib:

“Zeyqam Hüseynov müraciətində bütün dairə üzrə deyil, yalnız həmin dairənin 7 saylı seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirib. DSK müraciətə baxıb və müvafiq qərar qəbul edib. DSK araşdırma aparıb, seçki günü həmin məntəqədə seçicilərin iradəsinə təsir edə biləcək hər hansı hal aşkar etməyib. Buna görə də DSK Z. Hüseynovun müraciətini əsassız hesab edib və təmin etməyib”.

DSK-nın qərarı MSK tərəfindən qüvvədə saxlanılıb.

Dİgər xəbərlər