"Azərişıq"dan villa sahiblərinə sərt XƏBƏRDARLIQ: "Məsuliyyətə cəlb olunacaqlar"
18 fevral 2020 14:24 (UTC +04:00)

"Azərişıq"dan villa sahiblərinə sərt XƏBƏRDARLIQ: "Məsuliyyətə cəlb olunacaqlar"

Uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb.

Lent.az xəbər verir ki, bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda görülmüş tədbirlərə baxmayaraq, bu sahədə fəaliyyətə mane olan elektrik enerjisinin talan olunması kimi neqativ halların hələ də ciddi narahatlıq yaratdığı bildirilir.  

"Bəzi istehlakçıların, xüsusən də villa (fərdi yaşayış evləri), MTK, sənaye və ictimai iaşə obyektləri, otel, istixana və s. sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir. Bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, əhalinin enerji təchizatında ciddi problemlər yaradır.

Qeyd olunanları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqazidd hərəkətlərə yol verən istehlakçıları bir daha xəbərdar edirik ki, belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq. Elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün hüquq mühafizə orqanlarına müraciət olunaraq azerishiq.az saytında və kütləvi informasiya vasitələrində ictimaiyyət məlumatlandırılacaq", - məlumatda qeyd edilir.

# 1973
avatar

Mehman Nəbiyev

Oxşar yazılar