“Real”ı “Yuventus”a dəyişə bilər
18 fevral 2020 13:48 (UTC +04:00)

“Real”ı “Yuventus”a dəyişə bilər

 

Madrid “Real”ının futbolçusu Hames Rodriges karyerasını İspaniyada davam etdirə bilər. 

Lent.az-ın məlumatına görə, kolumbiyalı yarımmüdafiəçi “Yuventus”un maraq dairəsinə düşüb.

Turin klubu təcrübəli xavbeki yayda heyətinə qatmaq niyyətindədir. “Yuventus” rəhbərliyi indidən Hamesə təklif hazırlayır və mövsümün sonunda rəsmi olaraq “kral klubu”na müraciət edəcək.

Rodrigesin “Real”la sözləşməsinin müddəti 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Kolumbiya yığmasının da üzvü olan H.Rodriges “Real”a 2014-cü ildə transfer olunub. O, 2017-2019-cu illərdə icarə əsasında “Bavariya”nın formasını geyinib.

# 1795
avatar

Rizvan Babayev

Oxşar yazılar