5187
10:18
18 Fevral 2020

"Sədərək" Ticarət Mərkəzindəki yanğın söndürüldü - FOTO - YENİLƏNİB - VİDEO

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın söndürülüb.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hazırda yanğın yerində soyutma və kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv materialların sökülməsi işləri davam etdirilir.

***

09:25

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən "Sədərək" Ticarət Mərkəzinə gəlib.

APA-nın xəbərinə görə, yanğının qarşısının tam alınması üçün tədbirlər davam etdirilir.

09:12

"Sədərək Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən APA -ya verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi üçün işlər davam etdirilir.

08:17


"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA -ya verilən məlumata görə, nazirliyin Dölət Yanğından Mühafizə xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.