4192
17:49
17 Fevral 2020

Səkkiz Seçki Dairəsi üzrə müraciətlər DSK-ya göndərildi - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının iclasında daha bir neçə Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, müzakirələrin yekununda 9 saylı Binəqədi İkinci Seçki Dairəsi, 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi, 86 saylı İsmayıllı Seçki Dairəsi, 66 saylı Biləsuvar Seçki Dairəsi üzrə müraciətlərin də araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verilib.

***

16.35

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

APA-nın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

İclasda 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi, 46 saylı Şirvan Seçki Dairəsi, 51 saylı Qusar Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verilib.

***

16:21

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

APA-nın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

İclasda 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilməsinə qərar verilib.