12:01
17 Fevral 2020

Meyxana vasitəsilə narkotik təbliğ edən saxlanıldı - FOTO

Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələri təbliğ edən Məmmədli kənd sakini, 54 yaşlı Abidin Məhərrəmov saxlanılıb.

Lent.az -ın məlumatına görə, araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələrin satışı ilə yanaşı, "Facebook" və "İnstaqram" sosial şəbəkələrində meyxana sədaları altında onun təbliğini həyata keçirdiyi də məlum olub.

A.Məhərrəmov sosial şəbəkədə apardığı təbliğatlara görə saxlanılıb. Üzərinə və yaşadığı evə baxış keçirilən zaman oradan xüsusi bükümdə təqribi çəkisi 2 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini deyən A.Məhərrəmov istintaqa təhvil verilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dİgər xəbərlər