Bakıda maşınlardan oğurluq edən tutuldu
17 fevral 2020 11:49 (UTC +04:00)

Bakıda maşınlardan oğurluq edən tutuldu

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, yanvarın 7-də F. Səmədov, 19-da E. Əvəzli, fevralın 1-də R. Cəfərov və 5-də E. Vəliyevə məxsus avtomobillərdən oğurluq edilib.

Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 28 yaşlı Turqut Sadıqlı saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

# 926
avatar

Mehman Nəbiyev

Oxşar yazılar