İtkin düşən daha 3 nəfər ailəsinə təhvil verildi
17 fevral 2020 09:29 (UTC +04:00)

İtkin düşən daha 3 nəfər ailəsinə təhvil verildi

Bakıda ötən gün 28 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, onlardan 9-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Müvafiq əməliyyat-axtarış tədbirləri ilə oğurluq üzrə 20, narkotiklərlə əlaqəli 2, soyğunçuluq üzrə 1 fakt müəyən olunaraq, açılması təmin olunub.

İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048

Oxşar yazılar