Çində koronavirusdan müalicə üçün dərman istehsalına başlanıb
16 fevral 2020 19:58 (UTC +04:00)

Çində koronavirusdan müalicə üçün dərman istehsalına başlanıb

Fevralın 15-dən Çinin Çjetszyan əyalətində eni tip koronavirusla mübarizədə effektli ola biləcək ilk dərman preparatının kütləvi istehsalına başlanıb.

 APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, söhbət bundan əvvəl “Favipiravir”, yaxud “Avigan” adı ilə tanınan dərmandan gedir.

Çin hökuməti “Zhejiang Hisun Pharmaceutica” şirkəti tərəfindən istehsal edilən “Favipiravir” preparatının bazarda satışa çıxarılmasına icazə verib.

Bundan əvvəl Çin Elm və Texnika Nazirliyi yanında Biotexnoloji işlər üzrə Milli Mərkəzin direktoru Çjan Sinmin bir neçə dərman preparatının, o cümlədən “Remdesivir” və “Favipiravir” dərman preparatlarının klinik sınaqlar zamanı koronavirusla müalicədə effektiv olduğunu bildirmişdi.

# 2166
avatar

Oxşar yazılar