Azərbaycanda usta hasardan yıxılıb öldü
16 fevral 2020 12:21 (UTC +04:00)

Azərbaycanda usta hasardan yıxılıb öldü

Lənkəran şəhərində 62 yaşlı usta ehtiyatsızlıqdan yıxılaraq dünyasını dəyişib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, dünən axşam saatlarında şəhər sakini 1958-ci il təvəllüdlü Nəhmət Sərəng oğlu Məmmədov usta kimi çalışdığı evin hasarında qaynaq işi görərkən yüksəklikdən yıxılıb.

N. Məmmədov kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq. O, bu gün səhər saatlarında dünyasını dəyişib. Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 1370
avatar

Oxşar yazılar