556
17:21
14 Fevral 2020

Ötən illərdən qalan 329 cinayətin üstü açılıb

2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə qeydə alınan cinayətlərin 84,8 faizinin açılması təmin olunub.

Lent.az -ın məlumatına görə, bu sözləri Baş Prokuror Zakir Qaralov bu gün keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 2018-ci illə müqayisədə qeyri-aşkar şəraitdə törədilən, ağır və xüsusilə ağır, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən soyğunçuluq, quldurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyat vasitəsinin qaçırılması, habelə xuliqanlıq, ictimai yerlərdə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər azalıb.

Qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin açılma vəziyyəti yaxşılaşıb. Eləcə də daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalan 329 cinayətin açılması təmin edilib.