"Araz" Supermarketlər Şəbəkəsi bu mərkəzə tibbi avadanlıq hədiyyə etdi - FOTO
14 fevral 2020 13:51 (UTC +04:00)

"Araz" Supermarketlər Şəbəkəsi bu mərkəzə tibbi avadanlıq hədiyyə etdi - FOTO


Araz Supermarketlər  Şəbəkəsi 15 fevral Beynəlxalq Uşaq Xərçəng Xəstəliklər ilə Mübarizə Günü münasibətilə xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə “Bir ümid verək” adlı yardım kampaniyası həyata keçirib. 

"APA-Economics"ə verilən məlumata görə, xeyriyyə kampaniyasına 6 yanvar tarixində start verilib. Bir ay boyunca davam edən yardım aksiyası nəticəsində toplanan 61 212 AZN məbləğə  xərçəng xəstəliyi ilə mübarizə aparan uşaqların müalicəsi üçün lazım olan tibbi avadanlıq alınaraq, Uşaq Onkologiya Mərkəzinə Araz müştəriləri adından hədiyyə edilib. Avadanlıqdan istifadə təmənnasız olaraq həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Uşaq Onkologiya Mərkəsində 1158 uşaq qeydiyyatdadır.

 

# 3365
avatar

Oxşar yazılar