419
13:45
14 Fevral 2020

Keçmiş məhkum oğurluğa görə saxlanıldı

Ağcabədidə silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən xəbərə görə, Ağcabədi rayon Polis Şöbəsi əməkdaşları oğurluqla əlaqədar əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə şübhəli bilinən Hindarx qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Savalanov saxlanılıb.

Onun rayonun Poladlı və Kəhrizli kəndləri ərazisində suvarma idarələrinə və kənd sakinlərinə məxsus ümumilikdə 24 subartezian və artezian quyularından elektrik naqilləri, habelə 1 mağazadan 350 manat, tütün məmulatı və 1 həyətyanı sahədən inşaat materialları və məişət əşyaları oğurladığı bildirilir.