2971
11:23
14 Fevral 2020

Bakı şəhər İcra Hakimiyyətinin yeni mətbuat xidməti kimdir?

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Bu vəzifəyə Metin Adil oğlu Hüseynov təyin olunub.

Lent.az xəbər verir ki, M.Hüseynov 1992-ci ildə Bakı şəhərində anadan olub.

2007-ci ildə 15 yaşında Dövlət İqtisad Universitetinə qəbul olub. Universitetin Xüsusi İstedadlar Qrupunda təhsil alıb və ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

M.Hüseynov iki il ərzində Səbail rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, M.Hüseynovdan əvvəl Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidməti vəzifəsində İsrafil Kərimov çalışıb.

O, 4 ay bundan əvvəl BŞİH-də Humanitar məsələlər və dini qurumlarla iş şöbəsinə müdir müavini təyin edilib.

İsrafil Kərimov 14 il ərzində Səbail rayon İcra Hakimiyyətində mətbuat xidmətinin rəhbəri, 2018-ci ilin oktyabr ayından isə Bakı şəhər İcra Hakimiyyətində bu vəzifədə çalışıb.

Dİgər xəbərlər