838
08:12
14 Fevral 2020

Yeni doğulan körpə öldü


Şirvan şəhərində 2 gün əvvəl doğulan körpə ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 1999-cu il təvəllüdlü Mecdinova Türkan Güləhməd qızı fevralın 12-də oğlan uşağı dünyaya gətirib. Bu gün səhər saatlarında körpə ölüb.

Körpənin meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.