540
12:05
13 Fevral 2020

Turşudan zəhərlənən Elman Ağayevin vəziyyəti açıqlanıb

İmişlidən zəhərlənmə diaqnozu ilə Bakıda 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti yaxşıdır.

Bu barədə Xəstəxanadan Lent.az -a verilən məlumata görə, hazırda Elman Ağayevin vəziyyəti normal olduğundan şöbəyə köçürülüb.

Məlumatda qeyd olunub ki, onun həyat yoldaşı Sayalı Ağayeva xəstəxanaya çatdıqdan sonra dünyasını dəyişib: “Vəziyyəti ağır olduğundan ona hər hansı müdaxilənin faydası olmayıb. Xəstə batulizm zəhərlənməsindən dünyasını dəyişib.”.

Qeyd edək ki, İmişlidə məcburi köçkün kimi məskunlaşan ağdamlı ailə konservləşdirilmiş turşudan zəhərlənib. Alənin qızının vəziyyəti ağır olduğundan isə Bakıya gətirmək mümkün olmayıb.