478
09:56
13 Fevral 2020

Özünü şübhəli apardı və üstündən xeyli narkotik çıxdı

Bakı sakinindən narkotik maddələr götürülüb.

Lent.az -ın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi Post Patrul Xidməti əməkdaşları xidmətdə olarkən özünü şübhəli aparan şəxs diqqəti cəlb edib. PPX əməkdaşlarının çevikliyi nəticəsində şübhəli şəxs, əvvəllər Cinayət Məcəlləsinin 180 və 234-cü maddələri ilə məhkum olunmuş 33 yaşlı Bakı sakini İlkin Dadaşov saxlanılıb.

Onun üzərinə baxış aparılan zaman 200 qram heroin və 50 qram metamfetamin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs 13-cü Polis Bölməsinə təhvil verilib və araşdırma davam etdirilir.